Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri Fəxri Xiyabanı ziyarət edib.
Bineqedi.com xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir.
Məhz Ulu Öndərin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün biz bütöv Azərbaycanda yaşayır və işğaldan azad edilən torpaqlarımızda Ümummilli Lideri anıb, xatirəsini dərin ehtiramla yad edirik.