Biləcəridə evdən 4 min manatlıq qızıl oğurlandı

0
1296
bineqedi polis idaresi

Bakıda ev qarət olunub.

Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 11-də Biləcəri qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.

***

Binəqədi rayonunda bir nəfərin 800 manat pulu və mobil telefonu talanıb. 

Hadisə dekabrın 9-u Biləcəri qəsəbəsində baş verib.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.Cəfərov saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqaləHüseynlə Aqşin Azərbaycana təhvil verildi – FOTO – Video
Növbəti məqalədəBinəqədidə əsgər ailələrini aldadıb pulunu mənimsəyən dələduz – VİDEO