“Bu qədər müəllim 2000 manatdan çox maaş alır”

0
1975
emin-emrullayev-tehsil-naziri

“Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə, təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir”. 

Bineqedi.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O, bunun səbəbinin cəmiyyətin mühafizəkar mövqeyə sahib olması ilə əlaqələndirib: “Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir. Məzmun baxımından müəyyən dəyişikliklər baş verir.Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir”.

Nazir əlavə edib ki, 137 min müəllimin 2026-cı ilə qədər sertifikatlaşdırma prosesindən keçirilməsi planlaşdırılır. O bildirib ki, 40 min müəllim (29 faiz) sertifikatlaşdırma prosesinə cəlb olunub: “32 min müəllimin əməkhaqqına əlavələr edilib. 24 min müəllimin əmək haqqına 10 faiz, 8 min müəllimin maaşına 35 faiz əlavələr edilib. Nazir qeyd edib ki, 28 min müəllim 500 manata qədər, 59 min müəllim 500-100 manat, 34 min müəllim 1000-1500 manat, 7 min müəllim 1500-2000 manat, 950 müəllim 2000 manatdan yuxarı əmək haqqı alır”.

Emin Əmrullayevin sözlərinə görə, hazırda 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır. O bildirib ki, əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb: “2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır”.

“Azərbaycanda hazırda şagird sıxlığı baxımından təhsil sistemində çox qeyri-bərabər maliyyə paylanması var. Bu gün bir uşağa 7 min manata yaxın pul xərcləyirik. Bu, Bakıda özəl məktəbin bir şagirdə xərclədiyi vəsaitə bərabərdir”.

Nazir bildirib ki, ucqar yerlərdə bunun nəticəsini görə bilmirik:

“Məsələn, bizim bir məktəbimizdə 1 şagird var ki, ona illik 64 min manat xərclənir. Həmin pulu o şagirdə yenə xərcləyək, mən bunun xərclənməməsi mövqeyində deyiləm, amma 64 min manatla biz o şagirdə nələr edə bilərik mövqeyindəyəm. Həmin şagirdə o vəsaiti daha səmərəli xərcləmək üçün rasionallaşma tədbirlərimizi davam etdirəcəyik”.

Əvvəlki məqaləAzərbaycanda daha bir uşaq qızılcadan öldü – RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəPrezident: “Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar”