“Kömək etməyə hazırıq” – ABŞ-dən Bakıya yeni təklif

0
1693

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinə və tərəflər arasında əsirlərin mübadiləsinə toxunub.

C. O-Brayen “Voice of America”ya müsahibəsində bu mövzuya müraciət edib.

“Düşünürəm ki, iki ölkənin bir-biri ilə danışması və praktiki razılaşmalar əldə etməsi həqiqətən vacibdir. Məhbusların azadlığa buraxılması ötən həftə elan edilib və indi, sözün əsl mənasında, bu həftə onlar artıq evdədirlər. Ölkələr bir-birlərinə bir çox cəhətdən, o cümlədən beynəlxalq istəklərini, məsələn, Azərbaycanın BMT-nin növbəti iqlim konfransına ev sahibliyi etməsi kimi bir-birlərinə dəstək nümayiş etdirən birgə bəyanat yayıblar.

Ümid edirik ki, bu, hər iki ölkə üçün, eləcə də Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Belə dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulması istiqamətində mühüm addımdır.

Ümid edirik ki, tezliklə tərəflərin sülh razılaşması əldə etdiklərinin şahidi olacağıq. Hər iki tərəf bunda maraqlı olduğunu bildirib. Biz, eləcə də Avropa İttifaqındakı tərəfdaşlarımız və digər tərəflər bu işdə onlara kömək etməyə hazırıq. Biz istərdik ki, bütün bunlar mümkün qədər tez bitsin, çünki sülhün tezliklə əldə olunması çox böyük fayda verəcək”, – deyə o vurğulayıb.

O- Brayen Azərbaycan və Ermənistanın XİN başçılarının Vaşinqtonun vasitəçiliyi ilə ABŞ paytaxtında bir neçə dəfə danışıqlar apardığını xatırladaraq, tərəflərin sülhün əldə olunmasına kömək edəcəyinə qərar verərsə, bunu yenidən edəcəklərini bildirib. “Biz kömək etməyə hazırıq. Biz hər iki tərəfi görüşməyə təşviq edirik və bu məqamda hər biri bu istiqamətdə işləməyə hazır olduqlarını bildirdi”, – Ceyms O-Brayen söyləyib.milli.az

Əvvəlki məqaləSabahdan bu yol 4 günlük bağlanır
Növbəti məqalədəAzərbaycanda daha bir uşaq qızılcadan öldü – RƏSMİ AÇIQLAMA