Vətəndaşların NƏZƏRİNƏ: Sabah Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

0
1928
qaz-kesilecek-xeberdarliq-mavi-yanacaq

Çənlibel QTM-dən qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən 21.12.2023-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun M. Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ. Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Əvvəlki məqaləTƏBİB rəhbərindən qızılca ilə bağlı çağırış
Növbəti məqalədəPrezident İlham Əliyev və Mehriban Əliyeva Qırmızı Bazar qəsəbəsində olublar