Məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir…

0
5764

Ötən 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioritetləri arasında xalqımızın firavan həyatı, Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası hər zaman əsas yeri tutub.

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görülüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib.

Ötən bu illər Azərbaycan üçün həyatı strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir.

Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib.

Sosial-iqtisadi inkişafda böyük nailiyyətlərin əldə edilməsi islahatların düşünülmüş şəkildə aparılması, iqtisadiyyatın müasirləşməsi sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş verib.

Müasir texnologiyaların ölkəmizə gətirilməsi, Azərbaycanın tranzit ölkə kimi potensialının gücləndirilməsi, informasiya-telekommunikasiya sistemlərinin inkişaf etdirilməsi, habelə daxili təhlükəsizliyin təmin olunması, dövlətin beynəlxalq risk və təhdidlərə cavab vermə qabiliyyətinin gücləndirilməsi, şəffaflığın artırılması, cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdir.

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Bu sahədə daha böyük uğurlara imza atmaq üçün idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır.

Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur.

Azərbaycanın əksər bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır. Hər bir bölgənin inkişafinda əhəmiyyətli rol oynayan infrastruktur yenilənir və müasir tələblər səviyyəsində yenidən qurulur.

Rayon və bölgələrdə həyata keçirilən Dövlət proqramlarının effektiv icrasının təmin olunmasında rayon icra hakimiyyəti strukturlarının xüsusi rolu var.

Binəqədi rayonunda görülən işlər, həyata keçirilən tədbirlər biz sakinlərin də ürəyincədir.

İdarəetmədə böyük təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində reallaşdırdığı islahatların vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirə biləcək kadrların hazırlanması təşkil edirdi.

Təsadüfi deyil ki, bu gün də dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar kifayət qədərdir.

Belə kadrlardan biri də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliyev Sabir Qələndər oğludur.

Sabir Əliyev I dərəcəli dövlət qulluqçusudur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əliyev Sabir Qələndər oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ölkəmizdə vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması prioritet sahəyə çevrilib. Bu mübarizənin mərkəzində dövlət qulluqçularının şəffaf fəaliyyətinin təmin olunması və vətəndaş məmnunluğunun artırılması dayanır.

Sabir Əliyev də iş prinsipində məhz bu qayəni əsas tutur.

Bu gün dövlətimiz öz üzərinə düşən vəzifəni uğurla icra edir. Təkcə şəhid ailələri və qazilərə deyil, Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin ailəsinə dövlət həssaslıqla yanaşır.

Azərbaycan vətəndaşı əmindir ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proqramlar, layihələr, bütün sahələrdə aparılan islahatlar onların rifahının yüksəlməsinə hesablanıb.

Dövlət başçısının kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, dövlətə, dövlətçiliyə sədaqətli insanlar daim öndə olmalıdırlar.

Sabir Əliyev də dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında çalışan kadrlardan biridir. Eyni zamanda onun peşəkarlığı da yüksək səviyyədədir.

Sabir Əliyev kimi peşəkar kadrların zəhməti sayəsində idarəetmədə səmərəliliyin artırılması təmin olunur.

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edən hər bir sakin, hər bir vətəndaş məhz bunun şahidi olur. Heç bir müraciətə biganə yanaşılmır, hər bir müraciət araşdırılır…

Sabir Əliyev sadiq kadrlardandır. Ona göstərilən etimadı doğrultmaqla yanaşı, sadiqlik də onun üçün ən vacib amallardandır.

Artıq ölkəmizdə yeni dövr başlayıb. Ermənistan üzərində qazandığımız parlaq Qələbə də yeni reallıqlar yaradıb.

Bu gün Binəqədi rayonunda cənab Prezidentin tapşırıq və tövsiyələrinin icrası istiqamətində həyata keçirilən tədbirlər göz önündədir və hər keçən gün daha qabarıq nəzərə çarpır. Əldə olunan uğurlar tək bir sahənin deyil, bütöv bir komandanın işidir və Sabir Əliyev kimi peşəkar kadrlar bu işdə üzərlərinə düşəni tam məsuliyyəti ilə yerinə yetirir. Sabir Əliyevin peşəkarlığı, sədaqəti, dövlətə, dövlətçiliyə xidməti hər zaman dövlət səviyyəsində yüksək dəyərləndirilib və cənab Prezidentin sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi də bunun bariz nümunəsidir…

Binəqədi rayon sakinləri olaraq rayonumuzda görülən işlərdən, vətəndaşların müraciətlərinə göstərilən həssaslıqdan məmnunuq.

Bu gün Binəqədi rayonunda böyük işlər görülür. Görülən işlərə qiymət, dəyər vermək, dəyərli insanların qədrini bilmək isə bizim hər birimizin borcudur.

Biz də öz növbəmizdə Sabir Əliyevə uzun ömür, cansağlığı, çətin və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq.

 

Hikmət Həsənov, Bineqedi.com və Bineqedi.info saytlarının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləYeni ildə satmaq üçün 44 kq narkotik gətirdi, polis yaxaladı – Video
Növbəti məqalədə“Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir” – SİYAVUŞ NOVRUZOV