Binəqədidə avtomobil piyadanı vuraraq öldürüb

0
2006
bineqedi-tecili-yardim

Səhər saatlarında Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytı xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) bildirilib ki, “Mercedes-Benz” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Səyyara Misir qızı Kərimovanı vurub.

Göstərilən müdaxilələrə baxmayaraq qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləParisin erməni siyasəti: alver, yalan və istifadə
Növbəti məqalədəDaha bir uşaq qızılcadan öldü