“Günahkarlar ciddi şəkildə cəzalandırılacaq” – Anar Ələkbərov

0
2666
perinatal-merkez-yangin.png

“Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”.

“Qafqazinfo” xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”​.

Bunu “Qafqazinfo”ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Hadisə yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

Əvvəlki məqaləBu şəxslərin kredit borcları silinəcək
Növbəti məqalədəBinəqədidə tələbə bacısını boğaraq öldürən şəxsin məhkəməsi başlayır