Bakıda binalar söküləcək, 200 min mənzil istifadəyə veriləcək + VİDEO

0
2689

Bakının baş planının əsas məqsədlərindən biri çoxmərkəzli şəhər infrastrukturunun yaradılmasıdır.

Planın icrası ilə Mərkəzi Bakının yüklənməsinin azaldılması, şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, mənzil fondunun müasirləşdirilməsi hədəflənir.

Plana əsasən, Zığ və Hövsan, Sabunçu, Binəqədi və Lökbatan dörd alt mərkəz hesab ediləcək. Binəqədi şəhərin şimal qapısı, Lökbatan isə qərb qapısı rolunu oynayacaq.

Zığ və Hövsan sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Sabunçu hava limanı şəhər kimi inkişaf etdiriləcək, Binəqədidə Böyükşor gölünün bərpası ilə istirahət imkanları, Lökbatanda isə logistika imkanları artırılacaq.

Ətraflı süjetdə:

Əvvəlki məqaləBinəqədidə marketdən spirtli içki oğurlayanlar kameralara düşdülər – ANBAAN VİDEO
Növbəti məqalədə4 körpənin ölümünə səbəb olan yanğınla bağlı vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edildilər