Antiterror əməliyyatı daha tez bitibmiş – Prezident açıqladı

0
5082
prezident-musahibe.png

“Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyilir ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma, əslində, daha qısa müddət ərzində tamamlanmışdı”.

Bineqedi.com saytı xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı qeyd edib: “Biz nəzərdə tutduğumuz bütün mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar, məhv olacaqdılar. Başqa variant ola bilməzdi”.

“Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması”.

“Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik”, – deyə dövlət başçısı vurğulayıb.

 

Əvvəlki məqalə4 körpənin ölümünə səbəb olan yanğınla bağlı vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edildilər
Növbəti məqalədəMakrona TƏRS ŞİLLƏ – Paşinyan qərara gəlməlidir!