Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
2339
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin S.Məmmədova küçəsi 207 saylı ünvanda binanın zirzəmisinin dezinfeksiya olunması, S.Məmmədova küçəsi 209 saylı ünvanda binanın zirzəmisində kanalizasiya xəttinin təmiri və zirzəminin dezinfeksiya olunması, Ü.Hacıbəyov küçəsi 6 saylı ünvanda təhlükə vəziyyətində olan ağacın kəsilməsi, H.Babaşov küçəsi 9 və 19 saylı ünvanlarda ağacların budanması, A.Məmmədov küçəsi 55 saylı ünvanda 2 quru ağaca aqrotexniki qulluğun göstərilməsi, M.Cəlal küçəsi 59, 31, 13 saylı ünvanlarda yerləşən avtobus dayanacaqlarında olan ağacların budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 4 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Əvvəlki məqaləFransanın anti-Azərbaycan siyasəti: tükənməyən riyakarlıq silsiləsi – ŞƏRH
Növbəti məqalədəCOP29-un Təşkilat Komitəsi yaradıldı – Sərəncam