Binəqədidə qadının çantasından pul və bank kartları oğurlanıb

0
2082
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.

***

Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləAzərbaycanda avtobus sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açdı: İzləyicilər etiraz etdilər – VİDEO
Növbəti məqalədəFransanın anti-Azərbaycan siyasəti: tükənməyən riyakarlıq silsiləsi – ŞƏRH