Binəqədi rayonunda yerləşən mebel sexində hələ ki bilinməyən səbəbdən güclü partlayış verib.
Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, 6 nəfərin meyitinin tapıldığı hadisə yerində axtarışlar davam edir.
FHN, polis və digər aidiyyatı qurumların əməkdaşları hazırda hadisə yerindədirlər.
Saat 18:00-a olan son məlumata görə, hələ də dağıntılar altında qalanların olduğu ehtimalı var.





