Binəqədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

0
2249

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsindəki “Güllə yağışı” abidəsinin qarşısında anım mərasimi keçirilib.

Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, 20 Yanvar Cəmiyyəti Binəqədi rayon şöbəsinin, Qeyri-Hökumət Təşkilatlarının üzvləri və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edildi.

Bineqedi.com

Əvvəlki məqaləİlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər – FOTO
Növbəti məqalədəCəsarətli bəyanat