XİN: “Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”

0
2002

“Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib:

“Mövcud durumun səbəbkarı Fransa olub”.

“AŞPA-da Azərbaycana qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti də artıq öz mövqeyini bildirib”.

“Tamamilə razıyam ki, bu qəzəbli addımın atılmasının səbəbi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Avropa Parlamentinin mövqeyi həmişə mövcud idi, Azərbaycan nümayəndə heyəti də bu ittihamlara cavab verirdi. Belə bir mövqeyin sistemli şəkildə və təşkil olunmuş formada tətbiq edilməsi hansısa yeni element olmalıdır. Bu isə tamamilə yeni davranışı ortaya qoydu.

Yenə xatırladıram ki, 19-20 sentyabr antiterror tədbirləri müharibədən sonra 3 il ərzində edilən xəbərdarlıqların nəticəsi idi və Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquqa tamamilə uyğun idi”, – C.Bayramov əlavə edib.

“Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik”.

Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək:

“Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək”.

“Bir il bundan öncə İrandakı səfirliyində baş verən terror aktı bütün xalqımız, Azərbaycan üçün böyük zərbə idi”.

“Bu gün həmin terror aktında şəhid olan Orxan Əsgərovu yad etdik. Burada Orxanla həmin terror zamanı birlikdə olan səfirlik əməkdaşları da iştirak etdilər.

Ən kəskin şəkildə bu akt pislənib, beynəlxalq təşkilatlar da mövqeyini ifadə edib”, – nazir qeyd edib.

“Səfirliyin açılması ilə bağlı əsas iki məqama diqqət edəcəyik. Əsas məsələ istintaqın başa çatması, qərarın qəbul edilməsidir”.

“İkinci məqam isə səfirlik açılacağı təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir. Vətəndaşlarımızın həyatını riskə ata bilmirik”, – nazir qeyd edib.report.az

Əvvəlki məqaləƏlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi prosedurunda YENİLİK
Növbəti məqalədəBinəqədidə avtomobilin mühərrikini oğurlayan şəxs saxlanılıb