Cəlilabadda 4 aylıq körpə qızılcadan öldü

0
1652

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən cavab olaraq bildirilib ki, dünən Cəlilabad rayonunun Günəşli kənd sakini 21.09.2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin səylərinə baxmayaraq, körpə bu gün saat 19:40 radələrində ölüb.

Əvvəlki məqaləAvtomobil sahiblərinin nəzərinə – Fevralın 1-dən…
Növbəti məqalədəNazirlik rəsmisi: “Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur, ancaq gizli dövrü çox yoluxdurucudur”