Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı

0
2128
polis-masini-hebs-cinayet

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, fevralın 3-ü səhər saatlarında Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən Zərifə Dadaşovaya məxsus “Hyundai” markalı avtomobilin qaçırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb.

Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Anar Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Əvvəlki məqaləAzərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib – FOTO
Növbəti məqalədəLaçında onlarla abidə erməniləşdirilməyə məruz qalıb ARAŞDIRMA – FOTO