Sıxlıq yaranan yolda işıqforun vaxtında dəyişiklik edildi – Video

0
2040
avtobus

Bakıda nəqliyyatın sıx hərəkət etdiyi yol kəsişməsində quraşdırılmış işıqforun iş rejimində dəyişiklik edilib.

Bineqedi.com saytı DİN-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparılıb.

Avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan işıqforun vaxt planına dəyişiklik edilib.

Belə ki, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb. Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.

Əvvəlki məqaləAndiçmə mərasiminə valideynlər buraxılmayacaq – Rəsmi
Növbəti məqalədəTaksi sürücüləri narkoloji testdən keçəcək – RƏSMİ