Sulutəpədə soyğunçuluq edən şəxs müəyyən olunaraq saxlanılıb

0
2065
bineqedi-polis-bolmesi

Fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Daşqın Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində faktla əlaqədar araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə köməksiz qalan azyaşlıların xilas edilməsinin GÖRÜNTÜLƏRİ – VİDEO
Növbəti məqalədəXocalı soyqırımından 32 il ötür