Binəqədi Gənclər Evində Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

0
3661

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə narkomaniya ilə mübarizəyə həsr olunmuş “İradəli ol” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bineqedi.com xəbər verir ki, tədbirdə əvvəllər narkotik aludəçisi olan və bu bəladan qurtulan Tural Əliyev, kikboks üzrə dünya çempionu Adil Qurbanov, kikboksçular Rafiq Qasımov və Məhəmməd İskəndərov iştirak ediblər. Tədbir Tural Əliyev haqqında sənədli filmlə başlayıb. Daha sonra o öz həyatından, “ağ ölüm”ə qarşı apardığı mübarizəsindən danışıb. Tural müalicə aldığı dövrdə ailəsinin dəstəyini qeyd edib.

Tədbir iştirakçıları gənclərə nəinki narkotikdən, bütün ziyanlı vərdişlərdən uzaq olmağı məsləhət ediblər.

Sonda mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin məqsədi cəmiyyətdə narkotik və təhlükəli maddələrin istifadəsinin qarşısını almaq və gəncləri zərərli maddələrə qarşı məsuliyyətli və sağlam informasiya ilə təmin etməyə nail olmaq olub.

 

Əvvəlki məqaləMN: Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb
Növbəti məqalədəMartın 3-də imtahan olacaq