Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq

0
2470

“SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

Bineqedi.com saytı xəbər verir ki, “Azəriqaz” İB-dən verilən məlumata görə, bu səbəbdən ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

“Ödəniş sistemi 2 mart saat 22:00-dan 3 mart saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirilib.

Əvvəlki məqaləVətəndaşların NƏZƏRİNƏ: “Qarabağda iş” adı altında saxta elan səhifələri peyda oldu – VİDEO
Növbəti məqalədəBinəqədidə bu yolda hərəkətin təşkilində dəyişiklik edilib – Foto