Binəqədidə əmək yarmarkası təşkil olunub – Foto

0
3586
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə Binəqədi Gənclər Evinin inzibati binasında “Əmək Yarmarkası” təşkil olunmuşdur.
Bineqedi.com xəbər verir ki,  tədbirdə Binəqədi RİH-in, Agentliyin, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. Əmək Yarmarkasında 10 müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş (əməkhaqqı 345-1200 manat) 183 sayda yeni iş yeri vətəndaşlara təqdim olunmuşdur.
İşəgötürənlər tərəfindən təqdim olunmuş vakansiyalara uyğun gələn vətəndaşların dəvət olunması istiqamətində təhsil müəssisələri, yerli icra orqanları, assosiasiyalar və ictimai birliklərlə iş aparılmış, həmçinin Bakı RMF tərəfindən MEİS-də qeydiyyatda olan işsiz və işaxtaran şəxslər də daxil olmaqla 152-dək vətəndaşın iştirakı təmin olunmuşdur. Cəlb edilmiş şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.
Bineqedi.com
Bir 9 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Bir 2 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Bir 4 nəfər, işıqlandırma və mətn şəkili ola bilər
Bir 5 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Bir 2 nəfər, dərs oxuyan insanlar və mətn şəkili ola bilər
Əvvəlki məqaləBu qadınlar pensiyaya tez çıxa biləcək – Şərt AÇIQLANDI
Növbəti məqalədəZakir Həsənov hərbi hissələrlə bağlı tapşırıq verdi