Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

0
2459
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Paytaxtın Fatmayı bağları adlanan ərazidə evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə qanunsuz tikili sökülüb – FOTO/VİDEO
Növbəti məqalədəŞuşa rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edildi