Tikinti işləri zamanı ağaclara ziyan vuran şəxs barəsində protokol tərtib olunub

0
2434
agac bineqedi

Bakının Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən dörd zeytun ağacının sərt budandığı müəyyən edilib.

“Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”, – deyə xidmət rəisi vurğulayıb.

Əvvəlki məqaləBinəqədidə Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad edilib – FOTO
Növbəti məqalədəMaşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bəzi avtomobillər UCUZLAŞDI