Binəqədidə şəhid Rzaxanov Nihadın məzarı ziyarət olunub

0
3577
Şəhid Rzaxanov Nihadın doğum günü münasibətilə məzarı ziyarət edilmişdir.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliyin və Biləcəri Bələdiyyəsinin məsul əməkdaşları iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Nihad Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 2008-ci ildə Şəhid Seymur Məmmədov adına 301 saylı orta məktəbə daxil olmuş, 9 il təhsil aldıqdan sonra işləməyə başlamışdı. 2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və 2020 -ci il oktyabr ayında hərbi xidməti başa çatmalı olsa da, könüllü olaraq, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmişdir. Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. 7 noyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nihad Rzaxanov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Əvvəlki məqaləİran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi – VİDEO
Növbəti məqalədəAzərbaycanda böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır