Şəhid Arəstə Baxışovanın doğum günü münasibətilə məzarı ziyarət edilib – Foto

0
3147
Şəhid Baxışova Arəstənin doğum günü münasibətilə məzarı ziyarət edilmişdir.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəhman Qəhrəmanov, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliyin və Biləcəri Bələdiyyəsinin məsul əməkdaşları iştirak edirdilər.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer, 1989-cu il təvəllüdlü Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Əvvəlki məqaləSabah Bakıda bəzi küçələr bağlı olacaq – SİYAHI
Növbəti məqalədəBinəqədidə abadlıq və quruculuq işləri davam etdirilir – Foto