Bakıda daş sexindən 10 min manatlıq daşkəsən mişarlar oğurlanıb.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, aprelin 29-na keçən gecə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10 000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda gənc oğlan itkin düşüb.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində yaşayan 16 yaşlı Toğrul Faiq oğlu Mirzəyev evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

















