Binəqədidə eyvandan dama yıxılan qadın xilas edildi – Video

0
3579

Bakı şəhəri, Binəqədi rayonu ərazisində binaların birində vətəndaş köməksiz vəziyyətdə qalıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əvvəlki məqaləSon günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? – VİDEO
Növbəti məqalədəBinəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb