Mayın 26-da qəbul imtahanları keçiriləcək

0
3044
imtahan

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

Bineqedi.com DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Əvvəlki məqaləBinəqədidə “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirilib – Foto
Növbəti məqalədəŞəkərli diabet xəstələri 15 gündür dərmanlarını ala bilmirlər – VİDEO