Binəqədidə avtomobillər toqquşub, xəsarət alan var

0
3652
Binəqədidə eyni evdə bacı və qardaş bıçaqlanıb

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com xəbər verir ki, rayonun Xocəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücü 1999-cu il təvəllüdlü Ruslan Nəsib oğlu Kazımov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 kvadratmetr olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 kvadratmetr sahədə və içərisində bir ədəd televizor yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 kvadratmetr sahədə və bir ədəd su qızıdırıcısı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Əvvəlki məqaləAzərbaycan lideri: Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub
Növbəti məqalədəBu şəxslər 4000 manat cərimələnəcək