Bakının Binəqədi rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com saytı apa-ya istinadən xəbər verir ki, qəza Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.
Belə ki, zəncirvari qəzada iki “Hyundai” və “Fiat Doblo” markalı minik avtomobilləri toqquşub.
Avtomobillər yararsız vəziyyətə düşüb. Bir nəfər xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.
***
Bakıda 9 yaşlı qız faciəvi şəkildə ölüb.
Hadisə Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.