Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
3631
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, bələdiyyənin əməkdaşları, nümayəndəlik, nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin X.Məlikaslanov küçəsində müasir sərnişin avtobus dayanacaqlarının quraşdırılması və Daxili qoşunların N saylı hərbi hissəsinin qarşısında xidməti avtomobillərin rahat hərəkəti üçün nəzərdə tutulan ümumi işıqforun piyada işıqforu ilə əvəzlənməsi, Mikayıl Mikayılov küçəsində 120 m uzunluqunda olan hissənin asfaltlanması və Yəhya Hüseynov küçəsində qurumuş ağacların kəsilməsi, X.Məlikaslanov küçəsində kanalizasiya xəttinin yuyulması, Vidadi küçəsində 130 m uzunluqunda olan hissənin asfaltlanması və Asəf Zeynallı küçəsində sahibsiz küçə heyvanlarının ərazidən yığışdırılması, Firdovsi Vəliyev küçəsində Xəzər marketdə ABB və Kapital Bankın bankomatların quraşdırılması, Həkərin küçəsində məişət tullantısı meydançasının yerinin dəyişdirilməsi, Həkəri küçəsində subasma hallarının aradan qaldırılması, 203 nömrəli avtobus xəttinin sonuncu dayanacağının 500 m məsafədə uzadılaraq Ərdəbil küçəsindən keçməsinin təşkil edilməsi, 10 may küçəsi 2-ci döngə 160 m uzunluğunda küçənin asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə “Erkən nigahların qarşısının alınması sahəsində maarifləndirmə” adlı tədbir keçirilib – Foto
Növbəti məqalədə“3-cü sinif şagirdi bu suala cavab verdi, amma müəllimlər…” – Təhsil ekspertindən AÇIQLAMA