Bu gün MSK-nın iclası olacaq

0
2614

Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə qafqazinfo-ya MSK-dan məlumat verilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında altıncı çağırış deputatlarına Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.

Prezident isə öz növbəsində parlamentin buraxılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasına sorğu göndərib.

Əvvəlki məqaləBioloji aktiv qida məhsullarına dair tələblər dəyişir
Növbəti məqalədəCOP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər olacaq – RƏSMİ