Xəbər verildiyi kimi, bir neçə gün öncə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində gecəyarısı 2 müəmmalı hadisə baş verib.
Bineqedi.info saytı publika.az-a istinadən xəbər verir ki, gecə saat 4 radələrində 22 yaşlı Zaur adlı gənc yaşadığı binanın 5-ci mərtəbəsindən yerə yıxılıb.
Hadisə 9/25 nömrəli binada baş verib.
Qonşuların verdiyi məlumata görə, Zaur təmkinli, sakit təbiətli insan olub. Onun ölümü hər kəsi şoka salıb.
Digər bir hadisə isə həmin bölgənin yaxınlığında yerləşən 3A/7 binasının qarşısında qeydə alınıb.
“99 ED 442” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil bir anda alışıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları hadisə yerinə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Avtomobilin sahibi yanğının hansı səbəbdən baş verdiyindən xəbərsizdir.
Hadisələrin eyni məhəllədə olması müəyyən müəmmalar yaradır.