“Minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi açıqlamalar verilib. Belə ki, noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq”.
Bineqedi.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə iqtisadçı Vüqar Bayramov bildirib.
“Praktik olaraq 2024-cü ildəki orta əmək haqqındakı artım faizinə uyğun olaraq pensiya məbləğlərinin artırılmasına imkan yaranacaq. 2025-ci ilin yanvarında da əmək pensiyaları indeksləşdirilərək artırılacaq və artım faizi 2024-cü ildəki orta aylıq əməkdakı artım faizinə uyğun olaraq həyata keçiriləcək.
Cənab Prezident tərəfindən son təsdiq edilmiş qanuna əsasən hərbi qulluqçularımızın pensiya məbləğlərində artıq artımlar qeydə alınıb. Belə ki, onların təminat xərcləri 60 deyil, 70 faiz götürülür. Bu, birinci qrup əlilliyi olan keçmiş hərbçilərimizə şamil olunacaq”.