Köməksiz qalan 2 nəfər xilas edildi, 1-nin meyiti tapıldı – Video

0
2116

Bakının Nizami və Binəqədi rayonları, həmçinin Abşeron rayonu ərazisində ümumilikdə üç ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bineqedi.com nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO
Növbəti məqalədəPrezident onu nazir müavini təyin etdi – Foto