Övladlarını məktəbə göndərməyən valideynləri hansı cəza gözləyir?

0
3131

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən mayın 1-dən bu günə qədər ümumilikdə 127 mindən çox uşaq birinci sinifə qəbul edilib. Buna baxmayaraq 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.

Agentlikdən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki 2024-2025-ci illər üçün 130 min məktəbyaşlı uşağın qeydiyyatdan keçməsi proqnozlaşdırılır.

Yəni təxminən 3 min valideyn dərslər başlayanadək övladlarının birinci sinifə qəbulu ilə bağlı müraciət etməlidir.

Bəs valideylər övladlarını təhsildən yayındırmağa cəhd etsə, onları hansı cəza gözləyir?

Mövzu ilə bağlı danışan hüququşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda 9-cu sinifə qədər təhsil icbaridir.

“Əgər valideynlər övladlarını təhsildən yayındırarsa, onlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyətə cəlb oluna bilər. Bu maddəyə əsasən valideynləri 40 manatdan 60 manata qədər cərimə oluna bilər”, – o qeyd edib.

Hüquqşünas qeyd edib ki, valideynlər bəzən məsuliyyətsizlikdən, bəzən övladlarını özəl təhsil müəssələrinə yönləndirdiyi üçün qeydiyyatdan keçməyə gecikirlər:

“Valideyn bilgisizliyi və etinasızlığı səbəbindən qeydiyyat məsələsi unudulur və burada da yeni problemlər yaranır, məsələn onlar qeyri-rəsmi yollarla övladlarını təhsilə cəlb etmək istəyir”.

Əvvəlki məqalə“Putinin Azərbaycana səfəri xüsusi xarakter daşıyır”
Növbəti məqalədəBağçalarda “əl yandıran” qiymətlər: Aylığı 1200 manat…- VİDEO