Binəqədidə şəhidin məzarı ziyarət olunub

0
2143
Şəhid Hüseynov Rövşən Kazım oğlunun anım günü ilə əlaqədar qəbirüstü abidəsi ziyarət olundu.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Əvvəlki məqaləQərbin İrəvana çatdırdığı silahlar – regionu qanlı poliqona çevirmək planı işə salınıb – ŞƏRH
Növbəti məqalədə“Kupça”sı olmayan mənzil sahiblərinin nəzərinə – VİDEO