Bakıda bıçaqlanma hadisəsi olub.
Bineqedi.com xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 33 yaşlı Behbudov Namiq Tanrıverdi oğlu Dəyirman yolunda yerləşən “Turan” marketin qarşısında bıçaq xəsarəti alaraq, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin Məmmədov Rahiz Rafiq oğlu tərəfindən törədildiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində 7 nəfərin liftdə və Səbail rayonu ərazisində 1, Binəqədi rayonu ərazisində 1, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində biri azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin meyiti mənzildə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.