Binəqədi RİH başçısının müavini Sevinc Süleymanovanın doğum günüdür – Təbrik edirik

0
6059
suleymanova-sevinc-bineqedi
Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanovanın doğum günüdür. Bineqedi.com saytı Sevinc xanımı doğum günü münasibətilə təbrik edir, ona çətin və məsuliyyətli işində uğurlar arzulayır.
Məlumat üçün bildirək ki, Sevinc Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1982-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu H. Cəbrayılov adına 99 № li tam orta məktəbdə təhsil alıb. 1997-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi  fakultəsini fərqlənmə diplomu ilə bitirib.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R. İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam edib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2020-ci il tarixli 104 saylı Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Hikmət Həsənov, Bineqedi.com saytının Baş direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası
Əvvəlki məqaləBinəqədidə çiy dönər əti bu vəziyyətdə hazırlanırmış – FOTO
Növbəti məqalədəNəsimi-Binəqədi dairəsində seçki məntəqəsinin sədri: İndiyə qədər hər hansı neqativ hal qeydə alınmayıb