Binəqədidə yeniyetmə qız itkin düşdü

0
3022
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Bakıda 14 yaşlı qız itkin düşüb.

Bineqedi.com xəbər verir ki, Binəqədi rayon Binəqədi qəsəbəsi 1-ci korpus yaşayış massivində yaşayan X.Mirisov övladının itkin düşdüyünü bildirib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən şəxs onunla eyni ünvanda yaşayan qızının sentyabrın 1-i saat 20 radələrində evi tərk etdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.

***

Bakı şəhər Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki parkdan yeni doğulmuş körpə dölü tapılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Bildirilib ki, dölün kim tərəfindən əraziyə atılması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBiz qayıtdıq, İstisu!
Növbəti məqalədəTarixi qələbələr ayı – lokal əməliyyatın total nəticəsi – ŞƏRH