Bank kartından oğurluq edən şəxslər tutulub.
Bineqedi.com DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
***
Bakıda bıçaqlanma hadisəsi baş verib.
2002-ci il təvəllüdlü Kamran İsmayılov ilə 2000-ci il təvəllüdlü Orxan Həmzəyev arasında mübahisə yaranıb. Mübahisə zamanı O.Həmzəyev üzərindəki bıçaqla K.İsmayılovun sağ döş qəfəsinə ağır zərbə vurub. K.İsmayılov aldığı xəsarətlə bağlı Kliniki Tibbi Mərkəzdə əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.
Hadisəni törədən Orxan Həmzəyev tutularaq Binəqədi RPİ-İŞ-nə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.