Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 298 saylı tam orta məktəbin həyətində 1ədəd şam ağacının budanması, A.Zeynallı küçəsi 1 A ünvanında yerləşən binanın qarşısında avtobus dayanacağında qeyri-qanuni quraşdırılmış oyun aparatının götürülməsi, A.Zeynallı küçəsində kanalizasiya xəttinin yuyulması. Yəhya Hüseynov, Rəşid İsmayılov, Əhməd Qasımov küçələrində piyada zolağlarının yenilənməsi, A.Zeynallı küçəsində aşma təhlükəsi olan qurumuş ağacın götürülməsi, Dərbəndqala küçəsində yerləşən qəbiristanlığın hasarının rənglənməsi, Ordubadi küçəsi, 2-ci döngəyə asfalt örtüyünün çəkilməsi, Y.Hüseynov küçəsində yerləşən istirahət parkında sahibsiz heyvanların yığışdırılması, Firdovsi Vəliyev küçəsində yerləşən marketdə ABB bankomatının quraşdırılması, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllənin həyətində abadlıq işlərinin aparılması, 284 saylı tam orta məktəbin qarşısının asfalt örtüyünün bərpası, 284 saylı tam orta məktəbin yaxınlığında ət satışı məntəqəsində sanitar vəziyyətin yaxşılaşdırılması, X. Məlikaslanov küçəsində dayanacaqların quraşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com