Binəqədidə yararsız vəziyyətdə olan avtobusla bağlı rəsmi AÇIQLAMA

0
3016

Sosial şəbəkələrdə 165 nömrəli marşrut üzrə hərəkət edən avtobusun görüntüləri paylaşılıb. Binəqədi ərazisindən fəaliyyət göstərən avtobusun yararsız vəziyyətdə olması müzakirələrə səbəb olub.

Modern.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Nazirliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında 141 nömrəli qərarına əsasən, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir:

“Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır.

Avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir. Eyni zamanda AYNA ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilmişdir. İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdərlıq edilir və lazımi ölçü götürülür.

Avtobusun köhnəliyinə gəlincə, AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib. 165 nömrəli avtobusun daşıyıcısına xəttə olan nəqliyyat vasitələrinin yenilənməsi barədə tapşırıq verilib. Daşıyıcının məlumatına görə, yaxın zamanda xəttə olan köhnə nəqliyyat vasitələri yeniləri ilə əvəzlənəcək. AYNA tərəfindən məsələ nəzarətə götürülüb”.

1384026

13840271384028

 

Əvvəlki məqaləPrezident: “Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”
Növbəti məqalədəBu şəxslər maşın sürə bilməz – Qərar