Qapını kəsib sürücünü xilas etdilər – Video

0
3078

Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat qəzası zamanı vətəndaş sıxılı vəziyyətdə qalıb.

Bineqedi.com xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1972-ci il təvəllüdlü İsrayılov Eldəniz İsrayıl oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əvvəlki məqaləBinəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıta verilməsinin hansı üstünlükləri var?
Növbəti məqalədəOnlara hər ay 1000 manatadək mükafat veriləcək