Saxta 100 manatlıqla benzin almaq istədi – Tutuldu

0
3016
yeddinci-polis-bineqedi

Bakıda saxta pulla yanacaq almaq istəyən şəxs tutulub.

Bineqedi.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də saat 02.40 radələrində Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində işçiyə 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən 43 yaşlı R.Novruzov saxlanılıb.

O, araşdırma aparılması üçün Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsinə təhvil verilib.

***

Dünən səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının qarşısında bıçaqlanma olub.

Saat 06:45 radələrində avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu avtovağzal kompleksinin yaxınlığında “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlu ilə mübahisə edib.

Yol hərəkəti qaydaları ilə bağlı yaranmış mübahisə zamanı E.Bayramov əlindəki kəsici alətlə minik maşınının sürücüsünün qarın nahiyəsinə vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

E.Bayramov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Əvvəlki məqaləBinəqədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – Fotolar
Növbəti məqalədə“Bu məsələdə ikili standartlarla üzləşirik” – Prezidentin müraciəti