Bakıda məktəbdə yanğın siqnalı işə düşüb, müəllim və şagirdlər təxliyə edilib

0
3004
bineqedi-182-sayli-orta-mekteb

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə bütün şagird və müəllim heyəti təxliyə edilib.

Bineqedi.com xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbdə təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.

Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.

Əvvəlki məqaləAlış-veriş mərkəzlərində hədiyyə kartı “tələsi”: Əlavə məbləğə ƏDV qaytarılmır
Növbəti məqalədəBinəqədidə dəyirmanın fəaliyyəti DAYANDIRILDI