Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3488
Şəhid Əzizov Elgün Elman oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com saytı xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Məlumat üçün bildirək ki, Əzizov Elgün Elman oğlu 1990-cı ilin 1 avqust tarixində Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub.

1996-cı ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən Qorxmaz Baxşıyev adına 179 sayılı tam orta məktəbdə 1-ci sinfə gedib və 2007-ci ildə orta məktəbi bitirib.

2007-ci ildə Müəllimlər Universitetinin Tarix fakültəsinin Şamaxı filialına qəbul olub.

2011-ci ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

 

elgun-ezizov-samaxi-bineqedi-bas-leytenant.png

2012-ci ildə hərbi xidmətini bitirib.

2013-cü ildə ailə həyatı qurub və 3 uşaq atası olub.

Ailəsinə və ətrafındakı insanlara qarşı çox diqqətcil insan olub.

2016-cı ilin noyabr ayına qədər müxtəlif işlərdə işləyib, 2016-cı ilin noyabır ayında MN təlim tədris mərkəzinə daxil olaraq oranı uğurla başa vurub.

2017-ci il fevralın 14-də  Leytenant vəzifəsində xidmətə başlayıb.

2020-ci il fevralın 23-də Baş Leytenant rütbəsinə layiq görülüb.

Bu illər ərzində vəzifəsini şərəflə davam etdirən, əsgərinə və Vətəninə bağlı Elgün Əzizov ikinci Qarabağ müharibəsində iştirak edib.

6 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən ağır döyüşlərdə öz əsgərini xilas etmək istəyərkən 2 güllə yarası almasına baxmayaraq, döyüş meydanını tərk etməyib. Baş leytenant Əzizov Elgün Elman oğlu qanının son damlasına kimi vuruşaraq qəhrəmancasına şəhid olub.

elgun-elman-oglu-ezizov

7 oktyabr xalqın böyük izdihamı ilə Müşviqabad qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Elgün Əzizov şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilib.

Bir 13 nəfər şəkili ola bilər

Bir 10 nəfər şəkili ola bilər

Əvvəlki məqaləElxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəBakı metrosunda xanım mayora xəsarət yetirildi: “Məni işarə edərək nəsə deyirdi”