Professor: COVID-dən sonra onkoloji xəstəliklər artıb

0
2886

Koronavirus (COVID-19) pandemiyası başa çatsa da, virus insanların həyatına təsirsiz ötüşməyib. COVID-19 səhiyyə və iqtisadiyyatda yaratdığı problemlərlə yanaşı, cəmiyyətin sosial davranışlarına, ölkələrin təhsil sistemində ciddi dəyişikliklərə səbəb oldu.

Tədqiqatlar göstərir ki, COVID-19 dövründə yaşanan ciddi sağlamlıq problemləri başa çatsa da, bu, özünü fərqli tərzlərdə yenidən göstərməyə başlayıb.

Mövzu ilə bağlı modern.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, COVID-19 pandemiya şəklində bitsə də, hələ də onun epidemik ocaqları, mutasiya prosesi davam edir:

“COVID-dən sonra ciddi problemlərin yaşandığını görmək mümkündür. Onkoloji xəstəliklərin, eyni zamanda autoimmun xəstəliklərinin dünyada və ölkəmizdə xüsusi çəkisi artıb. Eyni zamanda yaddaş problemi kimi bir çox bənzər problemlər də pandemiyadan sonra yayğınlaşıb”.

Ekspert onu da qeyd edib ki, pandemiyanın gələcək nəticələri ciddi şəkildə öyrənilir: “Sözügedən problemlərlə bağlı dünyanın aparıcı elmi mərkəzləri çox ciddi işlər aparır və hesab edirəm ki, biz bundan sonra yarana biləcək pandemiyalar zamanı daha diqqətli olmalıyıq – vaksinasiyadan yayınmamalı, xüsusi ilə də peyvənd təqviminə ciddi əməl edilməli, analar övladlarını peyvənddən yayındırmamalı və çalışmalıdırlar ki, immun sistemini möhkəm saxlasınlar. Açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, bədəni həddən artıq karbohidrat və digər bu kimi qidalarla yükləməmək imum sistemini saz saxlamağa imkan yaradacaq”.

Professor: COVID-dən sonra onkoloji xəstəliklər artıb

Əvvəlki məqaləTələbələrə şad xəbər – bu tarixdən təqaüdlər artırılır – VİDEO
Növbəti məqalədəKimlər üçün dəfn pulu verilmir?