Baş icraçı direktor: COP29 müddətində hər hansı məhdudiyyət, qadağa və SMS icazənin tətbiqi nəzərdə tutulmur

0
2580

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

Bineqedi.com xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: “İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.

Əvvəlki məqaləBu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Növbəti məqalədəVətəndaşlar bu tarixlərdə ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər – VİDEO